Dənizə girişin qarşısını alan hasar söküldü - FOTO

  Dənizə girişin qarşısını alan hasar söküldü -    FOTO
  27 Fevral 2023    Oxunub:812
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən AzVision.az -a verilən məlumata görə, daxil olan müraciət əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dənizkənarı mühafizə zonasında vətəndaş tərəfindən qeyri-qanuni olaraq dənizkənarı sahənin daş hasarla bağlanması və dənizə girişin qarşısının kəsilməsi faktı müəyyən edilib.



FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı Şəhəri və paytaxtın Qaradağ Rayon İcra hakimiyyətlərinin nümayəndələri ilə birgə həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikili sökülərək, vətəndaşların dənizə sərbəst giriş imkanı bərpa edilib.











AzVision.az


Teqlər:





Xəbər lenti