Malatyada güclü zəlzələ: 110 nəfər ölüb + YENİLƏNİB

 Malatyada güclü zəlzələ:  110 nəfər ölüb + YENİLƏNİB
  27 Fevral 2023    Oxunub:2077
Malatyada zəlzələ nəticəsində yaralananların sayı 110 nəfərə çatıb.
AzVision.azxəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Onun sözlərinə görə, dağıntılar altından 32 nəfər xilas edilib.
***
Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda baş verən zəlzələdə 1 nəfər ölüb, 69 nəfər yaralanıb.

Bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib. O, vətəndaşları zədəli binalardan uzaq durmağa çağırıb. Qeyd edək ki, yeraltı təkanlar Kahramanmaraş, Adıyaman, Elazığ və başqa yaxın rayonlarda hiss edilib.

***
Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələ olub.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ 6,97 km dərinlikdə olub və digər şəhərlərdə də hiss edilib.

Bildirilib ki, zəlzələ nəticəsində bəzi zədəli binalar dağılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti