Gənclərə İKT resurslarından səmərəli istifadə təbliğ olunur

Gənclərə    İKT resurslarından    səmərəli istifadə təbliğ olunur
  26 Fevral 2023    Oxunub:831
24-25 fevral tarixlərində Tovuz və Ağstafa rayonlarında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən “Gənclər arasında İKT resurslarından doğru və səmərəli istifadənin təbliği” adlı tədbir keçirilib.
Açılış nitqiylə çıxış edən birliyin İdarə Heyətinin üzvü Həzrət Bədiyev təşkilatın məqsədi və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra çıxış edən layihə rəhbəri Murad İsayev qeyd edib ki, layihənin məqsədi regionlarda İKT sahəsində virtuallaşma və elektronlaşmanın təşviq edilməsi, bu sahədə olan geriliklərin aradan qaldırılmasına töhfə verilməsi, Azərbaycanın maddi və qeyri – maddi mədəni irsinin, tarixinin virtual aləmdə təbliğinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin – mədəni irsinin obyektiv formada dünyada yayılmasında regionların rolunun və regionlarda təşəbbüslərin artırılmasıdır.

Rəsmi çıxışlardan sonra təlimçi Elmir Musayev tədbir iştirakçılarına layihənin önəmindən söz açaraq qeyd edib ki, bu gün gənclər arasında İKT resurslarından səmərəli istifadə çox aktualdır. Müasir dövrün texnoloji yeniliklərini tətbiq etmədən mədəniyyətimizi, tariximizi geniş təbliğ etmək, xüsusilə də xaricdə təbliğ etmək çətindir. Bu baxımdan virtual aləmin yaratdığı şəraitdən , elektronlaşmadan istifadə etməklə zəngin tariximizi geniş miqyasda təbliğ etmək mümkündür. İKT resurslarından istiafdə qaydaları İKT savadlılığının artırılması günümüzdə zəruri görüləsi tədbirlərdəndir.





AzVision.az



Teqlər: İKT   Gənclər  





Xəbər lenti