Rusiya və Türkiyə qaz qovşağı ilə bağlı danışıqları bərpa edəcəklər

Rusiya və Türkiyə qaz qovşağı ilə bağlı danışıqları bərpa edəcəklər
  24 Fevral 2023    Oxunub:725
Rusiya və Türkiyə yaxın vaxtlarda qaz qovşağı ilə bağlı danışıqları bərpa edəcək.
Bu barədə RİA Novosti mənbələrə istinadən məlumat yayıb. Mənbə bildirib ki, layihənin dəyəri hələ müəyyən edilməyib, tərəflər detalları razılaşdırır.

Daha əvvəl Türkiyənin energetika naziri Fatih Dönməz bildirmişdi ki, Türkiyədə qaz qovşağı bu il fəaliyyətə başlayacaq. Fatih Dönməz vurğulayıb ki, bu gün Türkiyə Bolqarıstanla yanaşı Şimali Makedoniya, Rumıniya və Moldovaya qaz tədarükü məsələsini müzakirə edir.

Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov isə yanvarın 28-də bildirib ki, Rusiya və Türkiyə ekspertlər səviyyəsində qaz qovşağının təhlükəsizliyinin incə məsələlərini müzakirə etməyə başlayıblar.


AzVision.az


Teqlər:





Xəbər lenti