KİV : Əcnəbilər Moskvadan milyardlarla dollarını çıxarda bilmir

      KİV   : Əcnəbilər Moskvadan milyardlarla dollarını çıxarda bilmir
  24 Fevral 2023    Oxunub:728
Moskvada sanksiyalara görə xarici sahiblərin əldə edə bilməyəcəyi milyardlarla dollar toplanır.
Bu barədə “Bloomberg” yazıb. Agentlik qeyd edib ki, söhbət səhmlər üzrə dividendlərdən, istiqrazlar üzrə faiz ödənişlərindən və xarici investorların ötən il fevralın 24-dək imtina etmədiyi digər aktivlərdən gedir.

Qanuni olaraq pulun böyük investisiya şirkətlərinə, o cümlədən “JPMorgan Asset Management” və “Schroders Plc”ə məxsus olduğu vurğulanır, lakin şəxsi söhbətlərdə investorlar pulun geri qaytarıla bilməyəcəyinə inanmağa meyllidirlər.

“GAM” investisiya idarəsi bildirib ki, əcnəbilər həmin aktivləri “unutmalıdırlar”. Eyni zamanda, bəzi investorlar hələ də öz vəsaitlərini qaytarmaq üçün qanuni yollar axtarırlar.


AzVision.az



Teqlər:





Xəbər lenti