Laçında ermənilərdən qalmış silah-sursat aşkarlanıb

Laçında ermənilərdən qalmış silah-sursat aşkarlanıb
  23 Fevral 2023    Oxunub:890
Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları işğaldan azad edilən ərazilərdə keçirdikləri nəzarət profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapıb.
Bu barədə AzVision.az -a DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Qeyd olunub ki, Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti