İşıq düşən otaqda yatmağın 3 zərəri sübut olundu

İşıq düşən otaqda yatmağın 3 zərəri sübut olundu
  22 Fevral 2023    Oxunub:935
İşıq düşən otaqda yatmaq gecə yuxusuna zərər verən amillərdən biridir.
Yataq otağına düşən işıq dedikdə, təkcə otaq və evin içində olan lampalar nəzərdə tutulmur. Bu həm də telefon, televizor, küçədən keçən maşınların işığı və yol fənərləridir.

AzVision.az xəbər verir ki, insan beyni gecə işığı məruz qaldıqda, orqanizmin sirkad ritmləri pozulur.

Beyin insanın yatmaq istəmədiyini, hələ də yatmağa hazır olmadığını düşünüb az melotonin hasil edir.

Nəticədə insan dərin yuxuya keçə bilmir, səthi yatır, tez-tez oyanır, beynin aktivliyi qalır.

Amerikalı alimlər süni işığın insan yuxusuna təsirini araşdırıb.
İştirakçılar ilk gecə tam qaranlıq otaqda yatıb.

İkinci gün çarpayının yanında bir gecə lampası zəif işıqda yandırılıb. Bu sanki kitab oxumağa yetəcək qədər işıq idi.
Hər iki halda yuxuda onların beyin dalğaları testi aparılıb.
Eləcə də ürək ritmi, qanın vəziyyəti yoxlanılıb.

Səhər oyanan kimi iştirakçılara yüksək doza şirin qida verilib.

Bundan sonra onlarda qlükoza sıçramasına hüceyrələrin reaksiyası yoxlanılıb.

Belə ki, gecə zəif işıqda yatan insanlarda ritmin, nəbzin sürətlənməsi, insulinin səhər müqaviməti və yorğunluq təyin edilib.

Tam qaranlıq yatanların bədən sistemi isə qlükozaya daha normal reaksiya verib.(medicina)


Teqlər:





Xəbər lenti