Qalkin Hacı Nuranla şəkil çəkdirmək istədi

   Qalkin Hacı Nuranla şəkil çəkdirmək istədi
  22 Fevral 2023    Oxunub:1657
Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin ötən gün Bakıda səhnə alıb.
AzVision.az xəbər verir ki, sənətçi çıxışına tamaşaçıları Azərbaycan dilində zarafatlaşaraq başlayıb:

"Salam, əziz dostlar. Salam, Bakı. Ona görə Azərbaycan dilini öyrəndim ki, mənim konsertlərdə dediklərim Rusiyada çox diqqətlə izlənilir. Buna görə də ancaq Azərbaycan dilində danışıb, zarafatlar edəcəyəm. Baxıram, çoxunuz qorxdu ki, zarafatlar azərbaycanca olacaq. Yaxşı, qorxmayın. Zalda Rusiyadan olan tanışlarım var ki, onlar ümumiyyətlə, indi nə baş verdiyini başa düşmürlər".

O, hava limanında pasport yoxlaması zamanı ondan niyə buraya gəldiyinin soruşulmadığına təəssüfləndiyini bildirib. Qalkin qeyd edib ki, onun cavabı "yemək" olacaqdı.

Bundan başqa, o, növbəti səfəri zamanı aparıcı Hacı Nuranla şəkil çəkdirməyi arzuladığını etiraf edib. Buna səbəb kimi isə onun qarderobunun Rusiyanın Xalq artisti Filipp Kirkorovunkundan da zəngin olmasını göstərib.

Qeyd edək ki, Qalkin Ukraynanı dəstəklədiyi üçün Rusiyada "xarici agent" kimi tanınır.

AzVision.az


Teqlər:





Xəbər lenti