Neft-qaz sektoruna 27 ildə 89 milyard dollar xarici sərmayə qoyulub

Neft-qaz sektoruna 27 ildə 89 milyard dollar xarici sərmayə qoyulub
  22 Fevral 2023    Oxunub:899
Bakı-Supsa 99,4 milyon ton, Bakı-Tbilisi-Ceyhan (BTC) isə 477,5 milyon tonu Azərbaycana, 55,4 milyon tonu digər ölkələrə məxsus ümumilikdə 533 milyon tondan çox nefti dünya bazarına nəql edib.
Bunu energetika naziri Pərviz Şahbazov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı qeyd edib.

Onun sözlərinə görə, indiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə daha da şaxələndirilib. Nazir vurğulayıb ki, Azərbaycanın neft-qaz sektoruna 27 il ərzində 89 milyard ABŞ dolları məbləğində xarici sərmayə qoyulub.

AzVision.az


Teqlər:





Xəbər lenti