Abşeronda evdən 24 min dollar oğurlanıb

Abşeronda evdən 24 min dollar oğurlanıb
  22 Fevral 2023    Oxunub:723
Abşeron rayonunun Digah qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidfmətindən AzVision.az -a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Araşdırmalarla müəyyən edilib ki, 2022-ci il sentyabr-oktyabr ayları ərzində həmin evdən 3.000 manat, 24.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Nurlan Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti