Barbara Bosson vəfat etdi

   Barbara Bosson vəfat etdi
  21 Fevral 2023    Oxunub:1000
Emmi mükafatlı aktrisa Barbara Bosson 83 yaşında vəfat edib.
Kədərli xəbəri onun oğlu, rejissor və prodüser olan Cessi Boço açıqlayıb.

“Hill küçəsinin qəmli mahnısı” serialındakı roluna görə ardıcıl beş dəfə Emmi mükafatına namizəd olan Bosson karyerasına 1968-ci ildə Stiven Makkuinin baş rolda çəkildiyi "Bullit" filmi ilə başlayıb.

O, həmçinin 1995-1997-ci illərdə "One Kill" serialında rol alıb və bu filmə görə daha bir Emmi nominasiyası alıb. Eyni zamanda "Los-Ancelesdə qanun", "Otel", "O, qətli yazıb", "Nyu-York polisi" və "Lois və Klark" seriallarında çəkilib. Böyük ekranda o, 1984-cü ildə çəkilmiş “Sonuncu Ulduz Döyüşçüsü” filmindəki rolu ilə tanınır.

Bosson ssenarist və prodüser Stiven Boçko ilə evli olub və iki övladı var.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti