Samux sakini həmkəndlisini qətlə yetirib

Samux sakini həmkəndlisini qətlə yetirib
  20 Fevral 2023    Oxunub:938
Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini, 1989-cu il təvəllüdlü Oktay Əliyevin həmkəndlisi, 1993-cü il təvəllüdlü Ramil Bəşirov ilə mübahisə edərək dalaşan zamanı ölməsi barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı adıçəkilən şəxslərin içkili halda dalaşması, R. Bəşirovun yumruqla O. Əliyevi vuran zamanı ölməsi məlum olub. R. Bəşirov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti