Mavi nişan "Facebook" və "İnstagram"da pullu olacaq
Şirkətin rəhbəri Mark Zukerberq "Facebook" da bildirib ki, bu həftədən etibarən istifadəçilər şəxsiyyət vəsiqəsi ilə "Meta Verified funksiyasını" aktivləşdirə və mavi nişan əldə edə bilərlər.
Yeni funksiyadan ilk olaraq Avstraliya və Yeni Zelandiya sakinləri istifadə edəcəklər, sonra isə tezliklə digər ölkələrdə də tətbiq ediləcək.
Qeyd edək ki, ilk olaraq "Twitter" daha ödənişli abunə tətbiqini elan edib. Belə ki, sosial şəbəkənin sahibi İlon Mask "Twitter Blue" üçün istifadəçilərin 8 dollar ödəməli olduğunu bildirib.
Aytən Zəhra
AzVision.az
Teqlər: