İlham Əliyev: "EIB Azərbaycanın daha 3 sahə üzrə yaxın tərəfdaşı ola bilər"

     İlham Əliyev:    "EIB Azərbaycanın daha 3 sahə üzrə yaxın tərəfdaşı ola bilər"
  18 Fevral 2023    Oxunub:1000
Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi sahəsi üzrə ölkəmizin yaxın tərəfdaşı ola bilər.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşündə deyib.

Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ölkə olaraq nəqliyyat-logistika potensialının daha da artırılması və azad ticarət zonasının yaradılması planları haqqında məlumat verərək, bu sahədə də əməkdaşlıq imkanlarının böyük olduğunu diqqətə çatdırdı, eyni zamanda, ölkəmizdə cəlbedici investisiya mühitinin yaradıldığını bildirdi.

AzVision.az



Teqlər:





Xəbər lenti