Sumqayıtda baş həkim döyülüb

   Sumqayıtda baş həkim döyülüb
  18 Fevral 2023    Oxunub:933
Sumqayıt Psixiatriya Xəstəxanasında insident olub.
AzVision.az xəbər verir ki, xəstəxanaya müraciət edən şəxs tibb müəssisəsinin baş həkimi Elizbar Bəbirova hücum edərək onu döymək istəyib.

Baş həkim faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə fevralın 17-də baş verib: "Xırdalandan gələn şəxs xəstəxanaya qazi adı ilə müraciət edib. Yersiz hərəkətlər edərək mənə xəsarət yetirməyə çalışdı. Bununla bağlı artıq polisə müraciət edilib".

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti