Xilasedicilərimiz dağıntılardan 53 nəfəri sağ, 771 nəfərin cəsədini çıxarıb- VİDEO

   Xilasedicilərimiz dağıntılardan   53    nəfəri sağ,    771    nəfərin cəsədini çıxarıb-  VİDEO
  18 Fevral 2023    Oxunub:1314
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 771 nəfərin cəsədini çıxarıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu çərçivədə nazirliyin xilasedicilərinin bir qrupu zəlzələnin ciddi zərər vurduğu Türkiyənin Hatay bölgəsində ötən gündən axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Ümumilikdə, FHN-in qüvvələri bu vaxtadək həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.

AzVision.az



Teqlər: Xilasedici   Türkiyə  





Xəbər lenti