İlham Əliyev: "Alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar var"

      İlham Əliyev:    "Alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar var"
  17 Fevral 2023    Oxunub:1088
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlər müəyyənləşdirilib.
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşdə bildirib. Dövlət başçısı, bu sahədə ölkələrimiz arasında, o cümlədən alman şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib.

Prezident İlham Əliyev Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını, alman şirkətləri ilə uğurlu təcrübəmizin olduğunu, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib.

Dövlət başçısı ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirdi, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti