Amerikalıların kredit kartı borcu 1 trilyon dollara çatdı

   Amerikalıların kredit kartı borcu 1 trilyon dollara çatdı
  17 Fevral 2023    Oxunub:792
ABŞ sakinlərinin borcu 986 milyard dollara çatıb ki, bu da 1999-cu ildə başlayan bütün müşahidələr tarixində ən yüksək göstəricidir.
Bu barədə Nyu-York Federal Ehtiyat Bankının hesabatında deyilir. Qeyd olunub ki, 2022-ci ilin dördüncü rübünün sonunda ev təsərrüfatlarının ümumi borcu 16,9 trilyon dolları ötüb.

Nəşr qeyd edib ki, amerikalıların borcları 2022-ci ilin dördüncü rübündə kəskin artıb - 61 milyard dollar. Əvvəlki rekord 2019-cu ilin dördüncü rübündə, 927 milyard dollar olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti