Siyəzəndəki qəzada ölən qadınlar müəllim imiş - YENİLƏNİB

 Siyəzəndəki qəzada ölən qadınlar müəllim imiş -  YENİLƏNİB
  17 Fevral 2023    Oxunub:1811
Bakı-Quba yolunun Siyəzən rayonunun Beşdam kəndi ərazisində "Mercedes Vito" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.
Hadisə nəticəsində "Mercedes Vito" markalı avtobilin sərnişinləri – 34 yaşlı İsmayılova Aygün Eldar qızı, 38 yaşlı Vəliyeva Aygün Vidadi qızı və "Opel" markalı avtomobilin sürücüsünün anası, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı ölüblər.

Qəzada dünyasını dəyişən Aygün İsmayılova və Aygün Vəliyeva Siyəzən rayonunun Feyruz Cəlilov adına Məşrif kənd tam orta məktəbinin müəllimləridir.

***

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3-ə çatıb.

TƏBİB-dən AzVision.az-a bildirilib ki, qəzada xəsarət almış 8 nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib:

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir".

***
Siyəzəndə ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə AzVision.az -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Hadisə Bakı-Quba yolunun 99-cu km-də qeydə alınıb. "Mercedes Vita" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sərnişinlərdən 3 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti