Lənkəranda ev və avtomobil yandı, xəsarət alan var

Lənkəranda ev və avtomobil yandı, xəsarət alan var
  16 Fevral 2023    Oxunub:720
Lənkəranda ev yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Lənkəran şəhərində ümumi sahəsi 400 kvadratmetr (hər mərtəbəsi 200 kv.m, 1-ci mərtəbəsi qaraj və anbar kimi istifadə olunur) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə və qarajında dayanan BMW markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti