Babəkdə ölü doğulan uşaqla bağlı cinayət işi başlandı

Babəkdə ölü doğulan uşaqla bağlı cinayət işi başlandı
  15 Fevral 2023    Oxunub:818
Babək rayonunda uşağın ölü doğulmasıyla bağlı cinayət işi başlanıb.
Naxçıvan MR Prokurorluğundan AzVision.az -a bildirilib ki, Babək rayon sakini, 2000-ci il təvəllüdlü Zenfira Quliyevanın Naxçıvan Doğum Mərkəzində uşağının ölü doğulması faktı ilə bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılıb. Xəstəxananın həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti