Rəssamlıq Akademiyasının rektoru dəyişdi - DOSYE
Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakıda anadan olub. Azərbaycan heykəltəraşı, 2005-ci ildə Xalq rəssamı professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü (2008), Respublika Gənclər mükafatı laureatı (1989). O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini bitirib.
N.Əliyev Ümummilli lideri Heydər Əliyevin Kiyev (2004), Belqrad (2011), Tiflis (2007), Həştərxan (2010) şəhərlərində ucaldılmış abidələrinin, Xocalı soyqırımı qurbanlarının xatirəsinə Sarayevo (2012), Mexiko (2012), Ankara (2013), Qızılca-hamam (2014) şəhərlərində ucaldılmış abidələrin və bir çox digər əsərlərin müəllifidir.
Heykəltəraşın yaratdığı əsərlər içərisində Şamaxı torpağının bəxş etdiyi dühalar da böyük yer tutur. Memar Zivər bəy Əhmədbəyovun (Bakı, 2011) abidəsi, Fələki Şirvani, Əfzələddin Xaqani, İzəddin Şirvani, İmadəddin Nəsimi, Şirvanşah I İbrahim, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Sultanməcid Qənizadə, Mirzə Məhəmmədhəsənin Şamaxı şəhərində ucaldılmış büstləri N.Əliyevin əsərləridir.
AzVision.az
Teqlər: