Tarixi qərar: Avropada benzin və dizel dövrü bitir

      Tarixi qərar:    Avropada benzin və dizel dövrü bitir
  15 Fevral 2023    Oxunub:1886
Avropa Parlamenti 2035-ci ildən daxiliyanma mühərrikli avtomobillərin istehsalının qadağan olunması barədə qərar qəbul edib. Deputatların əksəriyyəti benzin və dizellə işləyən maşınların yasaqlanmasına səs veriblər.
Yada salaq ki, Avropa Parlamenti ilə Avropa İttifaqına üzv ölkələrin arasında bu haqda ilkin razılaşma 2022-ci ilin oktyabrında qəbul olunmuşdu. İndi isə qərar tam qətiləşmiş sayıla bilər. 2035-ci ildən başlayaraq Avropa İttifaqında daha benzin və dizellə işləyən avtomobillər istehsal olunmayacaqlar.

Tariyel Həsənov
AzVision.az




Teqlər: Texnika  





Xəbər lenti