Siqaret yataqxanadakı yanğına səbəb oldu

Siqaret yataqxanadakı yanğına səbəb oldu
  14 Fevral 2023    Oxunub:765
Bakıda yataqxanadakı yanğın siqaretdən baş veribmiş.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 18 m² olan birotaqlı mənzilin mətbəxi və eyvanı 12 m² sahədə yanıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, kənardan düşmüş od mənbəyi (siqaret kötüyü) səbəbindən baş verməsi müəyyən olunub. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti