Fevralın 15-dək Günəş fəallığı aktiv olacaq

   Fevralın 15-dək Günəş fəallığı aktiv olacaq
  14 Fevral 2023    Oxunub:1196
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AzVision.az -a bildirilib ki, fevralın 15-dək Günəş fəallığının aktiv olacağı gözlənilir. M sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, X sinif isə 23 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya gözlənilən alışmalar səbəbi ilə pik səviyyə arasında dəyişəcəyi proqnozlaşdırılır. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 18 faiz təşkil edir.

Proqnoz dövründə geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Birbaşa Yerə yönəlməsə belə çox yaxınlıqdan keçən CME-lər səbəbilə maqnit sahəsinin bir qədər aktivləşəcəyi gözlənilir (4Kp). G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir. R1-R2 sinif radiosiqnalların kəsilmə ehtimalı 73 faiz, R3 sinif isə 22 faiz təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti