Yevlaxda 20 yaşlı gənc bıçaqlanaraq öldürülüb

   Yevlaxda 20 yaşlı gənc bıçaqlanaraq öldürülüb
  13 Fevral 2023    Oxunub:762
Yevlaxda 20 yaşlı gənc bıçaqlanaraq öldürülüb.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan məlumat verilib. Fevralın 13-ü saat 20:30 radələrində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti