“Türk dövlətləri əcdadlarının təcrübəsinə əsaslanaraq seçim etməlidilər” – Özbək politoloq
Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra layihənin əhəmiyyəti kəskin şəkildə artıb. Rusiya Federasiyası ərazisindən yan keçməklə yük daşımalarının davam etdirilməsi üçün alternativ yolların tapılmasına ehtiyac var idi. Ən yaxşı variant Orta Dəhliz idi. Bu marşrut yeni perspektivlər açır.
“Türk dünyasının bünövrəsini iqtisadi əlaqələr təşkil etməlidir. Qarşılıqlı iqtisadi əlaqənin inteqrasiya aspektlərini əks etdirən əməkdaşlığın inkişaf modellərini hazırlamaq lazımdır. Hazırda ön plana çıxan dərin mədəniyyət fərqlərinin qlobal dünyanın bünövrəsini sarsıtmasına baxmayaraq, türk dünyası dövlətləri ilk növbədə öz seçimlərini əcdadlarının təcrübəsinə əsaslanaraq etməlidirlər”, - C.Mirzəyev bildirib.
Samir Vəliyev
AzVision.az
Teqlər: Türk-dünyası