Qırğız politoloq: “Türk xislətini möhkəmləndirən sınaq qarşısındayıq”– VİDEOŞƏRH

      Qırğız politoloq:    “Türk xislətini möhkəmləndirən sınaq qarşısındayıq”–    VİDEOŞƏRH
  13 Fevral 2023    Oxunub:2639
“Türkiyədə baş verənlər dəhşətli faciədir. Zəlzələ minlərlə türk qardaşımızın həyatına son qoydu. Ölkə üçün belə çətin bir zamanda türk xalqına dərin hüznlə başsağlığı verirəm”.
Bunu AzVision.az -a qırğız politoloq Edil Osmonbetov deyib. Onun sözlərinə görə, türk dünyasında sülh və birlikdən danışsaq, Türk Dövlətləri Təşkilatında birləşən türk ölkələri artıq neçə ildir ki, bir-birlərinə yardım edirlər.


“Biz bunu pandemiya zamanı da gördük. İndi isə Türkiyə üçün ən ağır bir zamanda türk dövlətləri təşkilatına üzv olan bütün dövlətlərin humanitar yardım göstərdiyini, mütəxəssislər göndərdiyini müşahidə edirik. Dəhşətli zəlzələnin nəticələrini tez bir zamanda aradan qaldırmaq üçün Qırğızıstan da mütəxəssislərini göndərib.

Ruhən, mədəniyyət və dil baxımından qardaş xalqlar tarix boyu həmişə bir-birinə yardımçı olublar və Türkiyə üçün çox ağır günlərdə yenə çiyin-çiyinədirlər. Düşünürəm ki, bu, türk dünyasının gələcəyinin, türk dövlətlərinin təşkilatlanmasının göstəricisidir. Dostlar və qardaşlar məhz belə çətin vaxtlarda tanınır. Qardaş Türkiyənin hazırda yaşadığı kədəri bütün türk ölkələri bölüşür. Bu gün türk dövlətlərinin xarakterini, türk xislətini möhkəmləndirən sınaq qarşısındayıq. Arzu edirəm ki, Türkiyə üçün bu qara zolaq tez bitsin və biz yeni müsbət mərhələyə qədəm qoyaq”, - E.Osmonbetov deyib.

Murad Nəcəfov
AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti