ABŞ-Çin arasında ticarət həcmi 690,59 milyarda çatıb

   ABŞ-Çin arasında ticarət həcmi 690,59 milyarda çatıb
  10 Fevral 2023    Oxunub:1153
ABŞ-ın Çin ilə idxalı və ixracı 2022-ci ildə rekord həddə - 690,59 milyard dollara çatıb.
Bu barədə “Vedomosti” qəzeti ABŞ-ın İqtisadi Təhlil Bürosunun məlumatlarına istinadən yazıb. Ötən il Vaşinqton Pekindən 536,75 milyard dollar dəyərində mal alıb və 153,84 milyard dollar dəyərində mal satıb.

Strateji Araşdırmalar Mərkəzinin vitse-prezidenti Boris Kopeykin qeyd edib ki, ABŞ-ın bütün xarici ticarətinin 13%-i Çinin payına düşür. Onun sözlərinə görə, ABŞ hakimiyyət orqanları tərəfindən Çin mallarına hər hansı məhdudiyyətlər tətbiq etməsi inflyasiyanın sürətlənməsimə gətirib çıxara bilər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti