Macarıstanda inflyasiya 25%-i ötüb

 Macarıstanda inflyasiya 25%-i ötüb
  10 Fevral 2023    Oxunub:1375
Yanvar ayında Macarıstanda inflyasiya illik müqayisədə 25%-i keçib.
Bu barədə ölkənin Mərkəzi Statistika İdarəsi məlumat yayıb. Bu ilin yanvar ayında istehlak qiymətləri bir il əvvələ nisbətən orta hesabla 25,7% baha olub. Belə ki, son bir ildə ən çox enerji resursları və ərzaq məhsulları bahalaşıb. Təkcə yanvarda qiymətlər dekabr ayı ilə müqayisədə 2,3% artıb.

Macarıstanda inflyasiya bütün Aİ ölkələri arasında ən yüksək olaraq qalır. Hökumət hazırkı inflyasiyanı “hərbi” adlandırır və bunun səbəbinin Ukraynadakı silahlı münaqişə və Aİ-nin Rusiyaya qarşı sanksiyaları ilə bağlı olduğunu iddia edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti