BVF Pakistana 6 milyard dollarlıq yardımı vermədi

   BVF Pakistana 6 milyard dollarlıq yardımı vermədi
  10 Fevral 2023    Oxunub:1277
Beynəlxalq Valyuta Fondu (BVF) Pakistan əvvəlki razılaşmanın şərtlərinə əməl etmədiyi üçün ona 6 milyard dollar məbləğində maliyyə yardımı ayırmasını təxirə salıb.
Bu barədə “Associated Press” məlumat yayıb. “Yaxın günlərdə bu məsələ ilə bağlı onlayn formatda müzakirələr davam edəcək”, - BVF-nin bəyanatında deyilir.

Pakistan rəsmisinin sözlərinə görə, fond İslamabada vergi yığımlarını artırmaq və əhalinin ən yoxsul təbəqələrinə təsir etməyən subsidiyaları azaltmaq üçün yeni göstərişlər göndərib. BVF rəhbərliyi vəsaitin ayrılması şərtlərindən biri kimi yanacağa və elektrik enerjisinə əvvəllər mövcud olan subsidiyaların ləğvini, eləcə də onların tariflərinin dünya və bazar qiymətlərinə uyğunlaşdırılmasını tələb edib.

Pakistanın maliyyə naziri İshaq Dar mətbuat konfransında İslamabadın bu tələbləri yerinə yetirməyə razı olduğunu bildirib: “Onlar ağrılı, lakin Pakistanda makroiqtisadi sabitliyi təmin etmək üçün zəruri olacaq. Vergi artımlarının ölkədəki sadə insanlara birbaşa təsir etməməsi üçün əlimizdən gələni edəcəyik”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti