Xilasedicilərimiz 45 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO

  Xilasedicilərimiz 45 nəfəri dağıntılar altından sağ çıxarıb -    VİDEO
  10 Fevral 2023    Oxunub:1827
Azərbaycan xilasediciləri Türkiyədə 45 nəfəri dağıntılar altından sağ çıxarıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.



Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az




Teqlər:





Xəbər lenti