Ələtdə vaqonların təkərləri oğurlanıb

Ələtdə vaqonların təkərləri oğurlanıb
  09 Fevral 2023    Oxunub:959
Ələt dəmiryolu stansiyasında vaqonların metal hissələri və təkərləri oğurlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsi və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini və təkərlərini oğurlayan şəxslər saxlanılıblar.

Əməliyyat zamanı Miraslan Səmədov və Qadir Zəkarayev saxlanılaraq istintaqa təqdim ediliblər. Onların idarə etdikləri yük avtomobilinə baxış zamanı vaqonlardan oğurladıqları metal parçalar, həmçinin hadisə zamanı istifadə etdikləri avadanlıqlar aşkar edilib. Saxlanılan şəxslər ifadələrində bundan əvvəl də iki dəfə Ələt dəmir yolu stansiyasında vaqonların metal hissələrini kəsərək oğurladıqlarını bildiriblər.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti