Qadını döyüb 11 min manatını aldı

Qadını döyüb 11 min manatını aldı
  09 Fevral 2023    Oxunub:1036
Paytaxtın Nizami rayonu ərazisində bir qadını döyməkdə və hədə-qorxu gələrək 11.000 manat pulunu almaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən AzVision.az -a verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində bir qadının döyülməsi və hədə-qorxu gəlməklə 11.000 manat pulunun alınması barədə polisə məlumat daxil olub.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Qəniyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti