İlin ən ağır ayı fevraldır - Həkimlər nə tövsiyə edir?

   İlin ən ağır ayı fevraldır -    Həkimlər nə tövsiyə edir?
  08 Fevral 2023    Oxunub:1730
İnsan orqanizmi üçün ən ağır, çətin aylardan biri, həkimlərə görə, hətta ilin ən ağır ayı fevraldır.
Bu ayda insanlar daha çox fizioloji və psixi problemlərə məruz qalır.

Həkim endokrinoloq Nataliya Kirdyankina heç də asan olmayan bu ayı necə fəsadsız başa vurmaq barədə məlumat verib.
Fevralda hansı faktorlar insanın sağlamlığına təsir edir?

“Fevral qışın son ayı olduğu üçün ilin digər aylarına nisbətən daha ağır keçiririk. Buna səbəb bir neçə faktor var: qışda gün işığı olmadığı üçün beynin işinin zəifləməsi, depressiya, psixoloji yorğunluq, tutqun hava, soyuqda orqanizmin daxili resursunu çox tükətməsi, mövsümi təzə meyvə-tərəvəzin olmaması, mövsümi xəstəliklərə, qripə yoluxduqda orqanizmin tükənməsi, vitamin defisiti yaşanır, xroniki xəstəliklər kəskinləşir.

Qış depressiyasının, affektiv pozulmanın pik həddi məhz qışın final ayına təsadüf edir.
Mövsümi xəstəliklər immuniteti zəiflədir, yuxu pozulur, gündüz yuxululuğu, əzginliyi artır.

Xüsusən D vitamini çatışmazlığı, qan azlığı fevralı bədən üçün sınaq ayına çevirir.

Fevral tutqunluğu, qaranlığı enerjini salır".

Nələrə diqqət yetirməli?

- Normal 7-8 gecə yuxusunu almalı
- Vitamin D qəbulunu artırmalı
- İstirahətə vaxt ayırmalı
- Fiziki hərəkəti, gəzinti və idmanı artırmalı

- Zərərli qidalar, qızartma, un, şəkəri azaldıb, qız, çərəz, ət, balıq, tərəvəzləri artırmalı.
- Fermentləşdirilmiş qidalar- yoqurt, qatıq, kələm, xiyar turşusu yeməli
- Bitki çayları içməli
- Neqativ xəbərlərdən uzaq olmalı (bakupost)


Teqlər:





Xəbər lenti