Merih zəlzələ qurbanlarına görə Ronaldunun formasını hərraca çıxardı

Merih zəlzələ qurbanlarına görə Ronaldunun formasını hərraca çıxardı
  07 Fevral 2023    Oxunub:1783
Türkiyə millisinin və İtaliya "Yuventus"unun futbolçusu Merih Demiral portuqaliyalı hücumçu şəxsi kolleksiyasında yer alan Kriştianu Ronaldunun imzalı formasını hərraca çıxarıb.
AzVision.az -ın məlumatına görə, bu barədə 25 yaşlı müdafiəçi özünün tviter səhifəsində paylaşım edib.

Hazırda icarə əsasında "Atalanta"da çıxış edən oyunçu bildirib ki, bu addımı ölkəsindəki zəlzələ qurbanlarına kömək məqsədilə atıb: "Ronaldu ilə danışdım, baş verənlərə görə çox üzüldüyünü bildirdi. Hərracdan əldə ediləcək bütün vəsait zəlzələ zonası üçün istifadə olunacaq".

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 4 544 nəfər ölüb, 26 721 nəfər yaralanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti