Xilasedicilərimiz 11 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO

   Xilasedicilərimiz 11 nəfəri dağıntılar altından sağ çıxarıb -    VİDEO
  07 Fevral 2023    Oxunub:1537
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 11 nəfəri sağ, 20 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti