Zəlzələdə dağıntılar altında qalan qapıçı həlak olub

Zəlzələdə dağıntılar altında qalan qapıçı həlak olub
  07 Fevral 2023    Oxunub:1757
Zəlzələ nəticəsində dağıntılar altında qalan Türkiyə I Liqa təmsilçisi "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.
AzVision.az -ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Yılmaz Vural "Show TV"yə açıqlama verib.

O, 29 yaşlı qolkiperin cəsədinin tapıldığını bildirib.

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 3 703 nəfər ölüb, 22 286 nəfər yaralanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti