Kalından fransız jurnalına cavab: "Müasir barbarlar!"

   Kalından fransız jurnalına cavab:    "Müasir barbarlar!"
  07 Fevral 2023    Oxunub:1585
Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Fransanın “Charlie Hebdo” satirik jurnalının dağıdıcı zəlzələ ilə bağlı karikaturasına reaksiya verib.
AzVision.az xəbər verir ki, Kalın Tvitter hesabında "Müasir barbarlar. Qəzəb və nifrətinizdə boğulun" yazıb.

“Charlie Hebdo”dan nifrət paylaşımı: "Tanklara ehtiyac qalmadı"
Xatırladaq ki, qalmaqallı fransız jurnalı Türkiyədə minlərlə insanın həyatını itirdiyi zəlzələ ilə bağlı nifrət dolu karikatura dərc edib. Jurnalın tvitterdə paylaşdığı postda zəlzələ nəticəsində dağılan bina və aşan yük maşının karikaturası üzərinə "Tanklara ehtiyac qalmadı" ifadəsi yazılıb.

Nəşrin "günün rəsmi" qeydi ilə paylaşdığı nifrət dolu yazı sosial mediada böyük əks-səda doğurub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zəlzələ   Türkiyə  





Xəbər lenti