Anasının cəsədini 2 il soyuducuda gizlətdi - VIDEO

Anasının cəsədini 2 il soyuducuda gizlətdi -  VIDEO
  07 Fevral 2023    Oxunub:2003
Amerikanın Çikaqo şəhərinin sakini anasının cəsədini iki il dondurucuda saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Qeyd edilir ki, ölən qadının nəvəsi polisə müraciət edib. O, bildirib ki, nənəsi 96 yaşlı Regina Mixalski uzun müddətdir ki, heç kimlə əlaqə saxlamır. Nəvə Mixalskinin 69 yaşlı qızı Eva Bratçerlə yaşadığı evdə yoxlamalar aparmağı xahiş edib.

Nəticədə yoxlamalardan sonra qaraja qoyulmuş dondurucuda yaşlı qadının meyiti tapılıb. Müstəntiqlər onun 2021-ci ilin martında dünyasını dəyişdiyini deyiblər. Ölümün dəqiq səbəbi meyitin buzunun əridilməsi və yarılmasından sonra müəyyən ediləcək.

Eva Bratçer həbs edilib. Müstəntiqlər onun vəfat etmiş anasının sənədlərindən müavinət almaq üçün istifadə etməsindən şübhələnirlər. O, əvvəllər saxtakarlığa görə də məhkum olunub.


Tural Tağıyev
AzVision.az



Teqlər: Cəsəd  





Xəbər lenti