Türkiyədə idmançılar dağılmış otelin altında qalıblar

  Türkiyədə idmançılar dağılmış    otelin altında qalıblar
  06 Fevral 2023    Oxunub:1219
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Malatya Böyükşəhər Belediyespor Komandasının voleybolçuları itkin düşüb.
İdmançıların qaldıqları Kırçuval otelinin çökməsindən sonra onlarla bağlı məlumat almaq mümkün olmayıb. Xilasetmə işləri zamanı Enes, Mustafa və Berkin adlı idmançılar dağıntılar altından çıxarılıb. Zəlzələdə Hatay Qadın Voleybol Komandasının 14 oyunçusunun da dağıntılar altında qaldığı öyrənilib.

"Alanya Belediyespor"un futbolçusu Enesan Can voleybolçuların Cumhuriyət məhəlləsindəki Antakya idman salonunda qaldıqlarını və onlarla əlaqə saxlamağın mümkün olmadığını bildirib.

Digər tərəfdən, “Maraşspor” futbol komandasının üzvülərinin də dağılmış otelin dağıntıları altında qaldığı qeyd edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti