Arvadını öldürən kişi intihar etdi

Arvadını öldürən kişi intihar etdi
  06 Fevral 2023    Oxunub:647
Fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd lunub ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Fakt üzrə araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti