Polisə tabe olmayan sürücü məsuliyyətə cəlb edilib - VİDEO

Polisə tabe olmayan sürücü məsuliyyətə cəlb edilib -  VİDEO
  31 Yanvar 2023    Oxunub:762
Yük avtomobillərinin müəyyən olunmuş vaxtlarda Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunmasına baxmayaraq, yanvarın 23-də WO 39922 qeydiyyat nişanlı “Mercedes Benz” markalı yük avtomobilinin sürücüsü Bakı-Quba avtomobil yolunun üzərində yerləşən “Daş bazarı” adlı ərazidən qanunsuz olaraq paytaxta doğru hərəkət etməyə cəhd göstərəkən DYP əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə AzVision.az -a Baş Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Sənədlərə baxış zamanı sürücü E.Nəbiyevin nəqliyyat vasitəsini idarəetməyə dair heç bir sənədinin olmaması aşkar edilib. O, polis əməkdaşlarının qanuni fəaliyyətinə müdaxilə edərək onlara qarşı müqavimət göstərdiyi üçün DYP əməkdaşları tərəfindən ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib. Sürücü törətdiyi əməllərə görə qanunamüvafiq olaraq məsuliyyətə cəlb olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara müraciət edərək tətbiq edilmiş məhdudiyyət tədbirlərinə hörmətlə yanaşmağı və qanunsuz yollarla paytaxta daxil olmağa çalışmamağı tələb edir, eyni zamanda bütün yol-hərəkəti iştirakçılarından hadisənin mahiyətini bilmədən, sırf polisin qanuni fəaliyyətini gözdən salmağa yönəlmiş məlumatları paylaşmaqdan çəkinməyi xahiş edir.

AzVision.az



Teqlər: Polis  





Xəbər lenti