Ötən il 75 partlayış olub, 15 nəfər ölüb

   Ötən il 75 partlayış olub,    15 nəfər ölüb
  31 Yanvar 2023    Oxunub:698
2022-ci il ərzində respublika ərazisində 75 partlayış hadisəsi qeydə alınıb, 15 nəfər ölüb
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bu da 2021-ci il ilə müqayisədə 2 hadisə və ya 3% azdır.

Partlayışlar zamanı 15 nəfər həlak olub, 77 nəfər xəsarət alıb və 6 nəfər xilas edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti