Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı
Aparılan araşdırma zamanı Ramazan Ömərovun Qullar bələdiyyəsinin sədri işlədiyi müddətdə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
AzVision.az
Teqlər: