"Land of Fire" İsveçrədəki Dünya Kubokunun qalibi olub

   "Land of Fire" İsveçrədəki Dünya Kubokunun qalibi olub
  30 Yanvar 2023    Oxunub:1559
Azərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə Dünya Kubokunun qalibi olub.
Dövlət Sərhəd Xidmətindən (DSX) AzVision.az -a verilən məlumata görə, bütün görüşlərdə qələbə qazanan kollektiv finalda yerli "Sankt Moritz"lə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb, əlavə olunan vaxtda "Land of Fire" qızıl topu vuraraq 6-5 hesabı ilə qələbə qazanıb.

Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim olunmuşdur.

Qeyd edək ki, yarışda 6 komanda mübarizə aparıb. Bununla da Azərbaycan poloçuları növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olmuşlar.

AzVision.az



Teqlər:





Xəbər lenti