Dövlət xətti ilə 3 mindən çox mənzil kirayəyə verilib

   Dövlət xətti ilə 3 mindən çox mənzil kirayəyə verilib
  24 Yanvar 2023    Oxunub:958
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 42 346 borcalana 2 milyard 423,079 milyon manat kredit verib.
Qurum bəyan edib ki, indiyə qədər 349,759 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 013 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti