Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

   Messi PSJ ilə müqaviləni yeniləmək istəmir
  23 Yanvar 2023    Oxunub:891
PSJ-nin argentinalı hücumçusu Lionel Messi parislilərlə bu mövsümün sonuna qədər qüvvədə olan müqaviləni yeniləmək niyyətində deyil.
Bu barədə jurnalist Jerar Romero sosial şəbəkədəki hesabında yazıb. Mənbənin sözlərinə görə, Messi dünya çempionatını qazandıqdan sonra müqaviləni yeniləmək barədə qərarını dəyişib.

Gələcəyi haqqında düşünmək üçün bir müddət planlaşdırır. Qeyd olunur ki, Barselonaya qayıtmaq hələ onun planlarına daxil deyil.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti