“Hindistan müsəlmanlara nifrət edir” – Pakistan kəşfiyyatının keçmiş rəhbəri (Eksklüziv)

   “Hindistan müsəlmanlara nifrət edir” –    Pakistan kəşfiyyatının keçmiş rəhbəri (Eksklüziv)
  22 Yanvar 2023    Oxunub:2719
“Hindistanın hərəkətləri müsəlmanlara qarşı nifrət hissindən qaynaqlanır”. Bu sözləri AzVision.az -a açıqlamasında Pakistan Senatının üzvü, 1993-1995-ci illərdə Pakistan kəşfiyyatının rəhbəri olmuş general-leytenant Cavid Əşrəf Qazi Hindistanın Ermənistana silah tədarükünü şərh edərkən söyləyib.
Bir qədər əvvəl Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara geniş müsahibəsində hansı dövlətlərin Ermənistana silah verməyə hazırlaşdığını bildiyimizi demişdi: “Təəssüf ki, bu gün Hindistan da onların arasındadır. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk, çünki bu silahların, xüsusilə də hücum silahlarının bir hədəfi var ki, o da Azərbaycandır”.

Pakistanın Kəşfiyyat İdarəsinin keçmiş direktorunun sözlərinə görə, hind mentaliteti alverçi mentalitetidir: “Hindistan hakimiyyəti dollar qazanmaq üçün şeytanla sövdələşməyə də hazırdır. Hindistan 1947-ci ildə ona görə parçalandı ki, hinduslar böyük sərvətə malik olduqları halda, müsəlmanlar yoxsul təhkimli kəndlilər idilər. Onlar bu gün də müsəlman əhalisinə nifrət edir və ayrı-seçkilik salmaqda davam edirlər. Hindistanlılardan çox şey gözləməyin, onlar pul qazanmaq və müsəlmanları öldürmək üçün Ermənistana silah satacaqlar”.

Samir Vəliyev
AzVision.az

Teqlər: Hindistan   Pakistan  







Xəbər lenti