“Mən seçilməyə çalışıram” – Prezidentin qızı
O, həmçinin özü ilə yanaşı anası Mehriban Əliyeva və bacısı Leyla Əliyeva ilə bağlı öz fikirlərini bölüşüb.
AzVision.az həmin yazını təqdim edir:
Özüm haqqında
Əgər biz ailəliklə harasa gediriksə, onda birlikdə hazırlaşır, bir-birimizlə məsləhətləşirik. Adətən mən seçilməyə çalışıram. Bu asan deyil. Eyni zamanda mən konservativ tərzə sadiq qalıram – təxribat və super hitlər mənlik deyil.
Anam haqqında
Anam bizim üçün geyim seçə bilir. Biz yaxınlıqda olmasaq belə o, geyimin yaraşıb, yaraşmadığını dəqiqliklə qiymətləndirr və o, heç vaxt yanılmır.
Moda haqqında
İlk tərz dərslərini mən və bacım uşaq yaşlarında, anamızı müşahidə edərək əldə etmişik. O, geyinir, makiyaj edir və saçın darayır, biz balacalar isə oturub, onu izləyirdik. Anam bizə xüsusi nəsihətlər verməyib, lakin biz böyüdükcə özümüzdən asılı olmayaraq onun tərzini təqlid etməyə başlamışıq.
Eldar Tanrıverdiyev
AzVision.az